Kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov Zərdabda vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədovun imzaladığı əmrə əsasən, 2023-cü ilin sentyabr ayından başlayaraq Nazirliyin vəzifəli şəxsləri tərəfindən bölgələrdə vətəndaş qəbulları keçirilir.

Kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov iyunun 27-də, saat 10:00-da Zərdab Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında vətəndaşları qəbul edəcək.

Qəbul zamanı vətəndaşların Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Vətəndaş qəbulunda iştirak etmək istəyən şəxslər Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi” (1652) və Zərdab Dövlət Aqrar İnkişaf Mərkəzinə (051-486-88-96) zəng etməklə qeydiyyatdan keçə bilərlər.

Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.

Əlaqədar məqalələr
Qida sənayesi / Kənd təsərrüfatı

Azərbaycanda süd istehsalı cüzi artıb

Azərbaycanda süd istehsalı cüzi artıb 2025-ci ilin yanvar-may aylarında quş əti də daxil…
►►►
Qida sənayesi / Kənd təsərrüfatı

Fermerlərin diqqətinə!!!

Fermerlərin diqqətinə: Bir torpaq sənədi üzrə 3 ha və daha çox sahəni bəyan etmiş…
►►►
Qida sənayesi / Kənd təsərrüfatı

Respublika üzrə arpa sahələrinin 42,5%-ində biçin başa çatıb

Respublika üzrə arpa sahələrinin 42,5%-ində biçin başa çatıb Hazırda taxıl biçininə…
►►►