İctimai Wi-Fi bağlantılarının riskləri

Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədovun şərhi

  • İctimai Wi-Fi bağlantılarından istifadənin yarada biləcəyi əsas risklər hansılardır?

Bir çox risklər mümkündür, o cümlədən məlumat sızması riski. Restoranlarda və ya otel lobbilərində olan ictimai Wi-Fi şəbəkələri adətən trafiki şifrələmir. Təcavüzkarlar eyni giriş nöqtəsinə qoşulmaqla potensial olaraq istifadəçinin şəxsi və ya ödəniş məlumatlarına giriş əldə edə bilər. Bu halda, onlar yalnız “http” protokolu ilə ötürülən trafikə baxa biləcəklər, çünki “https” protokolundan fərqli olaraq burada istifadəçi ilə sayt arasında məlumat mübadiləsinin şifrələnməsi təmin edilmir. Bir çox müasir proqramlar da baza konfiqurasiyasında trafik şifrələməsi funksiyasına malikdir.

  • İctimai şəbəkə girişi nöqtələrdən istifadə edərkən istifadəçilərə “ortadakı adam” (Man-in-the-Middle) hücumlarından qorunmaq üçün hansı tövsiyələriniz var?

Təcavüzkarların populyar ictimai Wi-Fi şəbəkələrini təqlid edən şəxsi giriş nöqtələrini yarada bilmək təhlükəsi var. Bu halda onlar bütün trafiki ələ keçirə bilərlər. “Zərərli əkiz” (Evil Twin) hücumu “ortadakı adam” (Man-in-the-Middle) hücumunun bir ayrı variantıdır. Təcavüzkar saxta Wi-Fi giriş nöqtəsi yaradır. Onun adı eyni məkanda (kafe və ya digər ictimai yer) yerləşən real giriş nöqtəsinin adına bənzəyə bilər və “əkiz” adı elə buradan götürülüb. Buna görə də, istifadəçi real əvəzinə saxta giriş nöqtəsinə qoşulmaq riskinə məruz qalır. Bundan sonra təcavüzkar potensial qurbanın məlumatlarına giriş əldə edə bilər, məsələn, qeydiyyat məlumatları, brauzer tarixçəsi, həmçinin onu, xüsusilə messencer hesablarının məlumatları kimi, digər məlumatlarını də ələ keçirə bilərlər.

  • Hansı ehtiyat tədbirləri bu təhlükələri azalda bilər? İctimai Wi-Fi şəbəkələrinə qoşulduqda istifadəçi şəxsi məlumatlarını qorumaq üçün hansı addımları atmalıdır?

Öncə qeyd edim ki, bu şəbəkələr vasitəsilə alış-veriş etməyi və ya məxfi məlumatları (loginlər, şifrələr, kredit kartı məlumatları və mühüm sənədlər) daxil etməyi tövsiyə etmirik. Qoşulduğunuz simsiz şəbəkənin təhlükəsiz olduğuna əmin deyilsinizsə və eyni zamanda internetə çıxışa ehtiyacınız varsa, yalnız məlumat axtarmaq və məlumat oxumaqla kifayətlənin, heç bir məxfi məlumat daxil etməmək risklərin qarşısını ala bilər. Biz həmçinin smartfon parametrlərində Wi-Fi şəbəkələrinə avtomatik qoşulmanı söndürməyi tövsiyə edirik. İstifadəçinin cihazının qoşulduğu çoxlu köhnə giriş nöqtələri varsa, onları əl ilə silmək təhlükəsizlik baxımından faydalıdır. İctimai Wi-Fi şəbəkəyə qoşulduqda təhlükəsiz bağlantı təmin edən xüsusi həlldən istifadə etmək düzgün seçimdir.

Əlaqədar məqalələr
Elm / Texnologiya

“SİMA İmza” herrac.gov.az portalına inteqrasiya edilib

“SİMA İmza” herrac.gov.az portalına inteqrasiya edilib Rəqəmsal İnkişaf və Nəqliyyat…
►►►
Elm / Texnologiya

Milli Ödəniş Sistemləri ilə aparılan əməliyyatların həcmi 760 milyard manatı ötüb

Milli Ödəniş Sistemləri ilə aparılan əməliyyatların həcmi 760 milyard manatı…
►►►
Elm / Texnologiya

Daha 3 maliyyə qurumu SİMA ilə tərəfdaş oldu

Daha 3 maliyyə qurumu SİMA ilə tərəfdaş oldu Rəqəmsal İnkişaf və Nəqliyyat…
►►►