Bakı Fond Birjasında “GL” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir

10 may 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “GL” ASC-nin ümumi dəyəri 150,000 (yüz əlli min) manat həcmində olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilmişdir.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı“GL” ASC
Dövlət qeydiyyat nömrəsi – İSİNAZ2022020286
İstiqrazın növü və formasıİstiqraz faizli, təmin edilməmiş sənədsiz adlı
Ticarət üsuluBirqiymətli hərrac
İstiqrazın sayı150 (ədəd)
İlkin ticarət qiyməti1,000 manat
Buraxılış həcmi150,000 manat
İllik gəlirlilik faizi12%
Ödəmə PerioduHər ayda bir dəfə (hər bir ayın 30 (otuz) günü olduğunu qəbul etmək şərti ilə)
Tədavül müddəti5 il
Ticarətə buraxılma tarixi24.06.2024
Anderrayter“İNVEST-AZ İnvestisiya şirkəti” QSC