Kaspersky kompyuter siçanını təqlid edən USB cihazlardan istifadənin mümkün risklərini izah edir
Bazarlarda kompyuter siçanlarının hərəkətlərini təqlid edən cihazlar populyarlaşıb. Söhbət kompyuterin yuxu rejiminə keçməməsi və əməkdaşın işinin görüntüsünün yaradılması üçün nəzərdə tutulan USB cihazlardan gedir. Amma bu cihazlar korporativ cihazların kibertəhlükəsizliyi və həm əməkdaşın özünün, həm də bütöv şirkətin məlumatları üçün ciddi təhlükə törədir.
Siçanın hərəkətlərini təqlid edən cihazlar da daxil olmaqla USB cihazlar müxtəlif kibertəhdidlər ehtiva edə bilər. Bunlar viruslar, məlumatları şifrələyərək onların açılması üçün pul tələb edən fidyə proqramları, həmçinin istifadəçinin xəbəri olmadan məxfi məlumatları toplayan casus proqramları ola bilər. 2024-cü ilin yanvar-may aylarında Rusiyada 26% istifadəçinin cihazında lokal təhdidlər (o cümlədən USB daşıyıcılar vasitəsilə ötürülən zərərli proqramlar) aşkar edilib və bloklanıb.

Məşhur market pleysdə siçanın hərəkətlərini təqlid edən USB cihazının təsviri “Siçanın hərəkətlərini təqlid edən USB cihazlar kimi cihazlar korporativ rəqəmsal şəbəkələrə giriş əldə etmək istəyən təcavüzkarların əlində alətə çevrilə bilər”, – deyə Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirir. “Korporativ və fərdi istifadəçilər naməlum USB cihazları kompyuterlərinə qoşmamalıdırlar. Təşkilatlar əməkdaşlarına potensial təhdidləri tanıya bilmələri üçün təlim kursları keçməli, həmçinin etibarlı qoruma həllərindən istifadə etməlidirlər”, – deyə Müşviq Məmmədov əlavə edir.