Mark Eliyahu Bakıda konsert proqramı ilə çıxış edəcək

Şərqlə Qərbi sintez edən melodiyaları ilə ruhunuzu müxtəlif diyarlara, səsli səyahətə aparan musiqiçi və bəstəkar Mark Eliyahu 11 Avqust 2024-cü il tarixində  Bakıda Yaşıl Teatr səhnəsində kamança və tar kimi köhnə alətləri müasir və tarla birləşdirərək xüsusi performans göstərəcək.

 Mark Eliyahu 1982-ci ildə Dağıstanda dünya şöhrətli tar ustası, bəstəkar, aranjimançı və musiqişünas Piris Eliyahunun oğlu olaraq anadan olub. O, doğulduğu gündən bütün həyatını musiqi ilə iç-içə keçirib. Skripka və fortepiano ilə alətlərlə möhkəm bağlar qurmağa başlayan Eliyahu 12-13 yaşlarında bağlamanı kəşf edib, 16 yaşında isə bağlama təhsili üçün Yunanıstana gedib və Ross Dalydən dərs alıb.

 O, müəllimindən türk musiqisini öyrənərkən bir səhər diskdə çalınan kamançanın səsini eşitdi və bu səsdən çox təsirləndi. 17 yaşında kamança öyrənmək üçün Azərbaycana gedib və ustadı Ədalət Vəzirovdan fars-azəri musiqisini öyrənib.

 Kamança və tar kimi qədim alətlərin müasir və futuristik elektronika ilə birləşdirilməsi; Şərq və Qərbi birləşdirən Mark Eliyahu musiqisini bir addım irəli aparır və onu dərin səs səyahətinə çıxarır.

Konsertin təşkilatçısı –  Event Office.
Biletləri  şəhərin bütün kassalarından  və online iticket.az saytından əldə etmək olar.
Qiymət -39- 209 Azn

Əlaqədar məqalələr
City Life

Bakıda Çin mədəni irsinə həsr olunan sənədli filmin təqdimatı keçirilib

Bakıda Çin mədəni irsinə həsr olunan sənədli filmin təqdimatı keçirilib Bakıda Çin…
►►►
City Life

Pakistanın müstəqilliyinin 79-cu ildönümü münasibətilə tədbir keçirilib

Pakistanın müstəqilliyinin 79-cu ildönümü münasibətilə tədbir keçirilib 14 avqust…
►►►
City Life

Hindistanın Azərbaycandakı Səfirliyi Bakıda “Bihar Diwas”-ı qeyd edib

Hindistanın Azərbaycandakı Səfirliyi Bakıda “Bihar Diwas”-ı qeyd edib Hindistanın…
►►►