Azərbaycan “2024 Korea Import Fair” sərgisində təmsil olunub

Sərgi çərçivəsində “Azərbaycanda investisiya imkanları” mövzusunda seminar keçirilib.

Seul şəhərində keçirilən “2024 Korea Import Fair” beynəlxalq sərgidə bu ilin mart ayında Cənubi Koreyadan Azərbaycana gələn alıcı missiyasının davamı olaraq yerli şirkətlərimizin məhsulları Azərbaycanın Koreyadakı Səfirliyinin təşkilatçılığı ilə vahid stenddə nümayiş olunub. Məhsullarımız ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb.

Sərgi çərçivəsində keçirilən “Azərbaycanda investisiya imkanları” mövzusunda seminarda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun icraçı direktoru Yusif Abdullayevin iştirakçılara videomüraciəti ünvanlanıb. Tədbirdə həmçinin Agentliyin icraçı direktorunun müavini Tural Hacılı çıxış edərək Azərbaycanın biznes mühiti, ölkəmizin ticarət və investisiya imkanları, ixracatçılara göstərilən dəstək mexanizmləri haqqında məlumat verib.

Seminara sual-cavab sessiyası ilə yekun vurulub.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

Maliyyə Nazirliyinin 1080 günlük....

Maliyyə Nazirliyinin 1080 günlük istiqrazlarının yerləşdirilməsi üzrə hərrac…
►►►
İqtisadiyyat / Biznes

Abşeron rayonunun sahibkarları ilə görüş keçirilib

Abşeron rayonunun sahibkarları ilə görüş keçirilib Görüşdə Abşeron rayonunda biznesin…
►►►
İqtisadiyyat / Biznes

Bakıda 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçiriləcək

Bakıda 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçiriləcək Azərbaycan…
►►►