“Kapital Bank” ASC-nin istiqrazlarının abunə yazılışı üsulu ilə yerləşdirilməsi yekunlaşmışdır
28 iyun 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Kapital Bank” ASC-nin buraxılış həcmi 30,000,000 (otuz milyon) ABŞ dolları olan istiqrazları premium bazar seqmentində listinqə daxil edilmişdir.
Qeyd olunan istiqrazların Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə olan yerləşdirilməsi 8 iyul 2024-cü il tarixində yekunlaşmışdır.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı | “Kapital Bank” ASC |
Dövlət qeydiyyat nömrəsi – İSİN | AZ2012005156 |
İstiqrazın növü və forması | İstiqraz faizli, təmin edilməmiş sənədsiz adlı |
Ticarət üsulu/forması | Kütləvi/Abunə yazılışı |
İstiqrazın sayı | 300,000 (ədəd) |
İlkin ticarət qiyməti | 100 ABŞ dolları |
Buraxılış həcmi | 30,000,000 manat |
İllik gəlirlilik faizi | 7% |
Ödəmə Periodu | İldə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürülməklə hər 90 (doxsan) təqvim gününün başa çatması tarixindən növbəti 3 (üç) iş günündən gec olmayaraq ödənilir |
Tədavül müddəti | 7 il |
Hərrac qiyməti | 100 ABŞ dolları |
Reallaşdırılmış həcm | 30,000,000 ABŞ dolları |
Sifarişlərin ümumi həcmi (nominal qiymətlə) | 30,000,000 ABŞ dolları |
İnvestor sayı | 37 |
Sifariş sayı | 37 |
İstiqrazların ödəmə tarixi | 08.07.2031 |
Anderrayter | “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC |