Moody’s ABB-nin reytinqlərini yüksəltdi!

Moody’s Beynəlxalq Reytinq Agentliyi ABB-nin reytinqlərinə yenidən baxıb. Agentlik Bankın yerli və xarici valyutada Uzunmüddətli depozit reytinqini Ba3 səviyyəsindən Ba2 səviyyəsinə qədər artırıb. Eyni zamanda, Bankın Kredit ödəmə (BCA) və Tənzimlənmiş kredit ödəmə (Adjusted BCA) qabiliyyəti reytinqlərini 1 pillə artıraraq b1 səviyyəsindən ba3 səviyyəsinə yüksəldib. ABB-nin reytinq proqnozu “Pozitiv” səviyyədə təsdiqlənib.

Reytinqlərinin yüksəlişi Bankın aktivlərinin artan keyfiyyəti, mənfəətliliyi, güclü kapital mövqeyi, həmçinin aktivlərinin yüksək likvidliyi, məhdud risklərə malik olması, problemli kreditlərinin azalması ilə əsaslandırılır. ABB-nin dövlət bankı olması da Agentlik ekspertlərinin Bankın gələcəyi barədə pozitiv rəyində mühüm rol oynayır.

Moody’s-in mövqeyinə görə, ABB ölkədə yaranan yeni iqtisadi imkanlardan, biznes üçün əlverişli şəraitdən, mövcud fürsətlərdən faydalanmaqda davam edəcək. Bu da Bankın güclü gəlirlilik mövqeyinə, aktivlərinin keyfiyyətinə müsbət təsir göstərəcək.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

Maliyyə ehtiyaclarınız üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit

Maliyyə ehtiyaclarınız üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit Müştərilərinin…
►►►
İqtisadiyyat / Biznes

BİZNESİNİZ ÜÇÜN ETİBARLI GƏLİR MƏNBƏYİ – İLLİK 11,25%-DƏK STABİL GƏLİR!

BİZNESİNİZ ÜÇÜN ETİBARLI GƏLİR MƏNBƏYİ – İLLİK 11,25%-DƏK STABİL GƏLİR! Bank…
►►►
İqtisadiyyat / Biznes

Avşar Gürdal Mastercard Şərqi Avropa regionunun prezidenti təyin olunur

Avşar Gürdal Mastercard Şərqi Avropa regionunun prezidenti təyin olunur 2015-ci ildən…
►►►