Ornitoloji turizm imkanları “Global Bird Fair” sərgisində tanıdılıb

Böyük Britaniyanın Rutland vilayətində keçirilən Qlobal Quş Müşahidəçiliyi (“Global Bird Fair”) turizm sərgisində ölkəmizin ornitoloji turizm imkanları tanıdılıb.

Sərgidə ölkəmizdə quş müşahidəçiliyi potensialının mövcud olduğu dağlıq ərazilər və su hövzələri, nadir quş növləri və onları müşahidə üçün əlaverişli mövsümlər, bütövlükdə ornitoloji turizm üzrə təbiət əraziləri və milli parklardakı biomüxtəliflik üzrə məlumat verilib, B2B formatlı görüşlər keçirilib.

Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu tərəfindən beynəlxalq ekspertlər və Azərbaycan Ornitoloji Cəmiyyəti ilə sıx əməkdaşlıq edilərək, ekoturizmin vacib bir istiqaməti kimi ornitoloji turizmin inkişafı üzrə müxtəlif istiqamətli tədbirlər görülüb, o cümlədən broşürlər hazırlanaraq təbiət turizmi üzrə ixtisaslaşan bələdçilər üçün təlimlər keçirilib.

60-dan çox ölkənin təmsil olunuğu Qlobal Quş Müşahidəçiliyi (“Global Bird Fair”) turizm sərgisi ornitoloji turizmin təbliği üzrə beynəlxalq tədbir kimi hər il keçirilir.

Əlaqədar məqalələr
Turizm

Quba Regional Turizm Şurasının işçi qrupunun ilk iclası keçirilib

Quba Regional Turizm Şurasının işçi qrupunun ilk iclası keçirilib Aprelin 17-də Şabran…
►►►
Turizm

Azərbaycanın turizm imkanları Türkiyədə silsilə tədbirlər çərçivəsində təqdim olunub

Azərbaycanın turizm imkanları Türkiyədə silsilə tədbirlər çərçivəsində təqdim…
►►►
Turizm

Turizm sahəsində Azərbaycan-Belarus əlaqələri gücləndirilir

Turizm sahəsində Azərbaycan-Belarus əlaqələri gücləndirilir Azərbaycan 7-9 aprel…
►►►