Unibank səhmlərinə abunə yazılışı prosesi emissiya prospektinin tələblərinə uyğun başa çatdığı üçün səhmlərin Bakı Fond Birjasında yerləşdirilmə tarixi elan edilib. Bu barədə Bankın açıqlamasında deyilir ki, “Unibank Kommersiya Bankı” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağının 29 aprel 2022-ci il tarixli qərarına əsasən, hər birinin nominal dəyəri 2,72 manat olan 4 milyon 375 min ədəd adi, adlı, sənədsiz səhmlər Azərbaycan Respublikası Mərkəzi Bankının 20 iyul 2022-ci il tarixli məktubu ilə dövlət qeydiyyatına alınıb.

21 iyulda səhmlərə abunə yazılışı başlayıb və Bakı Fond Birjasının Listinq Komitəsinin qərarı ilə “Unibank Kommersiya Bankı” ASC-nin ümumi dəyəri 11 milyon 900 min manat olan səhmləri standart bazar seqmentində listinqə daxil edilib.

21 iyul 2022-ci il tarixdən başlanılmış abunə yazılışı üzrə səhmlərin ümumi dəyərini təşkil edən 11 900 000,00 manat məbləğ 1 avqust 2022-ci il tarixdə tamamlanıb. Bu səbəbdən, səhmlərə abunə yazılışının emissiya prospektinin tələblərinə uyğun olaraq 1 avqust 2022-ci il tarixdən etibarən başa çatdığı elan edilir.

Səhmlərin Bakı Fond Birjasında yerləşdirilməsinə 4 avqust 2022-ci il tarixində başlanılacaq. Yerləşdirmə üzrə anderrayter “Unicapital İnvestisiya Şirkəti” ASC-dir.

Qeyd edək ki, səhmlərin yerləşdirilməsi başa çatdıqdan sonra “Unibank”ın nizamnamə kapitalı 130 milyon 686 min manatdan 142 milyon 586 min manata yüksələcək.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

VTB-nin səhmdarlarının növbədənkənar Ümumi Yığıncağı keçiriləcəkdir

VTB-nin səhmdarlarının növbədənkənar Ümumi Yığıncağı keçiriləcəkdir 11 Sentyabr…
►►►
İqtisadiyyat / Biznes

“Mastercard” qlobal stabilkoin imkanlarını genişləndirmək üçün BVNK-nın satınalma prosesini tamamlayıb

“Mastercard” qlobal stabilkoin imkanlarını genişləndirmək üçün BVNK-nın satınalma…
►►►
İqtisadiyyat / Biznes

Yelo Bank-dan ilk kreditə özəl 1% endirim və 0% komissiya kampaniyası!

Yelo Bank-dan ilk kreditə özəl 1% endirim və 0% komissiya kampaniyası! Yelo Bank-dan ilk…
►►►