Azərbaycan Respublikasının Mərkəzi Bankının 28 günlük Qısamüddətli Notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir
17 iyul 2024-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2287024700 dövlət qeydiyyat nömrəli 15 milyon manat həcmində 28 gün qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Notlar üzrə məlumat aşağıdakı kimidir:
| Emitent | Azərbaycan Respublikasının Mərkəzi Bankı |
| Dövlət qeydiyyat nömrəsi – İSİN | AZ2287024700 |
| Notun müddəti | 28 gün |
| Notun növü | Diskontlu |
| Emissiya həcmi | 15,000,000 manat |
| Notun miqdarı | 150 |
| Nominal | 100,000 manat |
| Minimal qiymət | 99,397.7600 (7.79%) manat |
| Maksimal qiymət | 99,481.5904 (6.70%) manat |
| Kəsmə qiyməti | 99,397.7600 (7.79%) manat |
| Ortaçəkili qiyməti | 99,422.4174 (7.47%) manat |
| Reallaşdırılmış həcmi | 15,000,000 manat |
| Sifarişlərin Ümumi həcmi (nominal qiymətlə) | 29,000,000 manat |
| İnvestor sayı | 7 |
| Sifariş sayı | 7 |
| Notun ödəniş tarixi | 14.08.2024 |








