Hotelçilər üçün təlimlərə start verilib 

Dövlət Turizm Agentliyinin dəstəyi ilə Azərbaycan Hotel Assosiasiyası tərəfindən qonaqpərvərlik xidmətlərinin keyfiyyətinin yüksəldilməsi məqsədilə “İxtisaslaşmış Hotelçilik” təlimlərinə start verilib.

2 ay davam edəcək “İxtisaslaşmış hotelçilik” təlimləri BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) təşkili ilə əlaqədar Bakı, Abşeron, Sumqayıt rayonunda yerləşən yerləşmə vasitələrinin işçi personalı üçün nəzərdə tutulub.

Təcrübəli təlimçilər tərəfindən təmizlik şöbəsi, iaşə xidməti, ön büro və idarəçilər üçün idarəetmə istiqamətlərində keçirilən ödənişsiz təlimlərdə iştirakçılar sahə üzrə praktiki biliklər əldə etmək, yerli sənaye mütəxəssislərinin təcrübələrindən faydalanmaq imkanı əldə edirlər.

Bakı, Abşeron, Sumqayıt regionunda yerləşən hotellərin əməkdaşları esmer.shabanova@hotelassociation.az və narmin.aktash@hotelassociation.az elektron poçt ünvanlarına müraciət edərək qeydiyyatdan keçə və təlimlərdə iştirak edə bilərlər.

Əlaqədar məqalələr
Turizm

Turizm sənayesi nümayəndələri üçün şimal-qərb regionuna tanışlıq səfəri təşkil olunub

Turizm sənayesi nümayəndələri üçün şimal-qərb regionuna tanışlıq səfəri təşkil…
►►►
Turizm

Qazaxıstan və Özbəkistan turizm şirkətlərinin Azərbaycana tanışlıq səfəri təşkil olunub

Qazaxıstan və Özbəkistan turizm şirkətlərinin Azərbaycana tanışlıq səfəri təşkil…
►►►
Turizm

Azərbaycanla Yunanıstan arasında turizm....

Azərbaycanla Yunanıstan arasında turizm əlaqələrinin genişləndirilməsi perspektivləri…
►►►