Banqladeşlə ticarət dövriyyəsi artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanın Banqladeş ilə ticarət dövriyyəsinin ümumi həcmi 2023-cü ilin eyni dövrünə nisbətdə 67,5 faiz və ya 7,36 milyon ABŞ dolları artaraq 18,2 milyon dolları üstələyib.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, cari ilin ilk 6 ayında Azərbaycandan Banqladeşə 3,1 milyon dollar dəyərində məhsul ixrac edilib. 2023-cü ilin yanvar-iyun aylarında bu ölkə ilə ixrac əməliyyatları aparılmayıb.

Banqladeşdən Azərbaycana idxal edilən məhsulların dəyəri isə 38,6 faiz və ya 4,2 milyon dollar artaraq 15,1 milyon dollar təşkil edib.

Cari ilin yanvar-iyun aylarının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Banqladeş ilə ticarətin payı 0,08 faiz təşkil edib ki, bu da bir il öncəki göstəricini 0,04 faiz bəndi üstələyir.