Naxçıvana aviabiletləri rəqəmsal şəxsiyyət vəsiqəsi ilə almaq mümkün oldu

Azərbaycanın milli aviadaşıyıcısı AZAL İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) ilə əməkdaşlıq çərçivəsində Naxçıvana səyahət edən vətəndaşlar üçün yeni imkan təqdim edir. Belə ki, sərnişinlər AZAL-ın Bakıdakı kassalarında “mygov” tətbiqi vasitəsilə rəqəmsal şəxsiyyət vəsiqəsindən istifadə edərək Naxçıvana aviabilet əldə edə bilərlər.

Yeni imkan yaxın gələcəkdə AZAL-ın Naxçıvandakı kassalarında da tətbiq olunacaq.

Artıq sərnişinlərdən aviabilet alarkən fiziki olaraq şəxsiyyət vəsiqələrini daşımaq tələb olunmur. Şəxsiyyəti təsdiq edən lazımi məlumatlar “mygov” tətbiqi üzərindən təqdim edilə bilər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı müvafiq Fərmana əsasən, vətəndaşların tələb olunan şəxsiyyət vəsiqəsi məlumatlarını “mygov” tətbiqi vasitəsilə təqdim etməsi fiziki şəxsiyyət vəsiqəsinin təqdim edilməsinə bərabər tutulacaq.

Bu yenilik bilet alışı prosesini asanlaşdıracaq və müasir rəqəmsal dünyada məlumat təhlükəsizliyini yüksək səviyyədə təmin edəcək.

Əlaqədar məqalələr
Elm / Texnologiya

Kaspersky: uşaqlara onlayn və oflayn vaxtlarının balanslaşdırılmasında necə kömək etməli

Kaspersky: uşaqlara onlayn və oflayn vaxtlarının balanslaşdırılmasında necə kömək…
►►►
Elm / Texnologiya

“Nar” Kitab gününü Salyanda qeyd edib

“Nar” Kitab gününü Salyanda qeyd edib Sərfəli mobil operator “Nar” 23 aprel…
►►►
Elm / Texnologiya

“SİMA İmza” - vergi ödəyiciləri üçün ən sərfəlisi

“SİMA İmza” – vergi ödəyiciləri üçün ən sərfəlisi SİMA rəqəmsal imza…
►►►