SOCAR ilə “Eni S.p.A” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb

30 iyul 2024-cü il tarixində Azərbaycan Respublikasının iqtisadiyyat naziri, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının sədri Mikayıl Cabbarov və SOCAR-ın prezidenti Rövşən Nəcəf İtaliyanın “Eni S.p.A” şirkətinin baş icraçı direktoru Klaudio Deskalzi ilə görüşüblər.

Görüş çərçivəsində şirkətlər arasında enerji layihələri, enerji təhlükəsizliyi və səmərəliliyi, istixana qazlarının emissiyalarının azaldılması üzrə, həmçinin qaz nəqli infrastrukturları və dayanıqlılıq sahələrində potensial əməkdaşlıq imkanlarını araşdırmaq məqsədilə Anlaşma Memorandumu imzalanıb.

Memoranduma əsasən, tərəflər Azərbaycanda və “Eni S.p.A” şirkətinin əməliyyatlar həyata keçirildiyi ölkələrdə yeni və mövcud apstrim layihələrində sinerji və investisiya imkanlarını, həmçinin milli və beynəlxalq qaz nəqli infrastrukturları, eləcə də istixana qazı emissiyalarını azaldılması üzrə layihələr və texnologiyalar, enerji sənayesində davamlı inkişafı təşviq edən mümkün əməkdaşlıq sahələri ilə bağlı məsələləri nəzərdən keçirəcəklər.

Görüşdə Memorandumun şirkətlərin dekarbonizasiya strategiyalarına uyğun olduğu vurğulanıb və sənədin bu istiqamətdə görülən işlərə mühüm töhfə verəcəyi bildirilib.

Söhbət zamanı SOCAR ilə “Eni S.p.A” şirkəti arasında səmərəli əməkdaşlıq imkanları nəzərdən keçirilib və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Əlaqədar məqalələr
Energetika

Maye qazın istehsal həcmi artıb

Maye qazın istehsal həcmi artıb Bu ilin yanvar-oktyabr aylarında ölkədə 190 min ton maye…
►►►
Energetika

Birjalarda neft qiymətləri

Birjalarda neft qiymətləri Rockvell xəbər verir ki, Dünya birjalarında neft…
►►►
Energetika

“Exxon” və SOCAR arasındakı Anlaşma Memorandumu əhəmiyyətli layihə ilə nəticələnəcək

Prezident: “Exxon” və SOCAR arasındakı Anlaşma Memorandumu əhəmiyyətli layihə ilə…
►►►