Cem Adrian Bakıda konsert proqramı ilə çıxış edəcək

Güclü səsi və mahnıları ilə hərkəsin sevgisini qazanan Cem Adrian Event Office yay konsertləri çərçivəsində 17 Avqust 2024-ci ildə Yaşıl Teatrda sevənlərinin qarşısına çıxacaq. Müğənniliklə yanaşı, bəstəkar, prodüser və rejissor olan Cem  Adrianın səs diapazonu basdan sopranoyadəkdir.

Cem Adrian Musiqi karyerasına 18 yaşında başlayıb. “Ben bu şarkıyı sana yazdım” adlı ilk albomunu 2005-ci ildə buraxıb. Bir neçə dəfə “Altın kelebek” mükafatının “İlin mahnısı”, “İlin müğənnisi” kateqoriyalarında qalib olub.

Cem Adrian musiqidə sərhədlər, tərzlər və qaydalardan kənardı. 

Biletləri  şəhərin bütün kassalarından  və online iticket.az saytından əldə etmək olar.
Qiymət -45- 245 Azn

Əlaqədar məqalələr
İncəsənət / Dəb

"King's Style"- kralların seçimi

“King’s Style”- kralların seçimi Kişi geyimlərinin ən əsas…
►►►
İncəsənət / Dəb

Azerbaijan Fashion Week 20-ci yubiley mövsümünü keçirəcək

Azerbaijan Fashion Week və Dome Middle East Fashion Week Bakida 20-ci yubiley mövsümünün…
►►►
İncəsənət / Dəb

Fərqanə Qasımova “ANA” mahnısını təqdim edib

Fərqanə Qasımova “ANA” mahnısını təqdim edib Əməkdar artist Fərqanə Qasımova yeni…
►►►