Azərbaycan şirkəti Qarabağda elektrik məhsulları zavodu qurmaq istəyir

Azərbaycanda kabel istehsalı ilə məşğul olan “Çıraq inşaat” MMC Qarabağda elektrik məhsulları istehsal edən müəssisə qurmaq istəyir.

Bunu “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına “Çıraq inşaat” MMC-nin istehsal rəhbəri Həsən Həsənov deyib. Onun sözlərinə görə, bu layihənin gercəkləməsi üçün dövlətin verdiyi subsidiyalardan yararlanmaq istəyirlər: “Müəssisəni harada quracağımız bizə təklif edilən yerdən asılı olacaq. Artıq bununla bağlı müvafiq dövlət qurumlarına müraciət etmişik. Münasib yer olduqda orada müəssisəni quracayıq. Bunun üçün bizə dövlət də yardım göstərəcək. Müəssisədə nə istehsal edəcəyimiz hələ müzakirə edilir. Layihənin gerçəkləşməsi üçün biznes plan hazırlanacaq”.

H.Həsənov qeyd edib ki, yeni müəssisə fəaliyyətə başladıqdan sonra ixrac imkanları artacaq və bu ixracı genişləndirmək üçün xarici ölkələrin bazarları araşdırılacaq.

İlhamə İSABALAYEVA

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

AccessBank-dan fərdi bankçılıqda yeni mərhələ

AccessBank-dan fərdi bankçılıqda yeni mərhələ: VIP Club rebrendinq edilərək “Private…
►►►
İqtisadiyyat / Biznes

Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!

Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır! Bu şənbə də bütün peşə…
►►►
İqtisadiyyat / Biznes

Klasterləşmə – sahibkarlar üçün imkanlar və perspektivlər

Klasterləşmə – sahibkarlar üçün imkanlar və perspektivlər Kiçik və Orta Biznesin…
►►►