Daha 3 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

İndiyədək 164 KOB subyektinə “Startap” şəhadətnaməsi təqdim edilib.

“Startap” şəhadətnaməsinin verilməsi üzrə Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) yaradılmış Ekspertlər Şurasının növbəti iclası keçirilib. İclasda KOB subyektlərindən daxil olmuş 6 müraciətə baxılıb və onlardan 3-nə “Startap” şəhadətnaməsinin verilməsi barədə qərar qəbul edilib. Bunlar “Cibpay” MMC-nin çoxfunksiyalı onlayn ödəniş platforması, “Optima Business Solutions” MMC-nin elektron sənədlərin idarəedilməsi və imzalanması üçün onlayn platforması və “İxtisasSeç” MMC-nin təhsil müəssisələrinə qəbul prosesini asanlaşdıran platformasıdır. 

Bununla da “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 164-ə çatıb.

“Startap” şəhadətnaməsi KOB subyektlərini bu sənədi aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və ya gəlir vergisindən 3 il müddətinə azad edir.

Qeyd edək ki, layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla linkdən tanış olmaq olar: https://smb.gov.az/az/nav/startap-sehadetnamesi

Əlaqədar məqalələr
Elm / Texnologiya

Mastercard agentik eranın rəqəmsal ticarəti....

Mastercard agentik eranın rəqəmsal ticarəti yenidən formalaşdırığı bir vaxtda “Agent…
►►►
Elm / Texnologiya

iPhone 17e modeli testlərdə necə nəticə göstərib?

iPhone 17e modeli testlərdə necə nəticə göstərib? Technote.az “MacRumors”…
►►►
Elm / Texnologiya

“Nar” 8 Mart münasibətilə xanım jurnalistləri təbrik etdi

“Nar” 8 Mart münasibətilə xanım jurnalistləri təbrik etdi “Nar” 8 Mart…
►►►