Sənaye parklarında sahibkarlıq fəaliyyətinin inkişafı üçün əlverişli biznes mühiti yaradılıb

İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyindəki sənaye parklarında tətbiq edilmiş idxal ƏDV-si və gömrük güzəştləri nəticəsində rezidentlər bu günə qədər 483 milyon manat, cari ilin 6 ayında isə 22 milyon manat vəsaitə qənaət ediblər.

Sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak, torpaq, mənfəət vergilərindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və gömrük rüsumlarından azad olunurlar.

İndiyədək sənaye zonalarında investisiya həcmi 7,8 milyard manatdan artıq olan 150 sahibkarlıq subyektinə rezident statusu verilib.

Sahibkarlar tərəfindən bugünədək sənaye zonalarına 6,8 milyard manatdan çox investisiya yatırılıb və 10 500-dən artıq daimi iş yeri yaradılıb.

Mövcud layihələr üzrə növbəti mərhələdə sənaye zonalarına əlavə 1 milyard manata yaxın investisiyanın yatırılması və 7100-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

VTB (Azərbaycan) Müşfiqabadda ekoloji kampaniyada iştirak etdi

VTB (Azərbaycan) Müşfiqabadda ekoloji kampaniyada iştirak etdi 24 aprel tarixində VTB…
►►►
İqtisadiyyat / Biznes

Yelo Invest-də komissiyasız alış günləri yenidən başladı!

Yelo Invest-də komissiyasız alış günləri yenidən başladı! Yelo Bank investisiya…
►►►
İqtisadiyyat / Biznes

İsmayıllıda sahibkarlığın inkişafına dair görüş təşkil olunub

İsmayıllıda sahibkarlığın inkişafına dair görüş təşkil olunub Sahibkarlarla…
►►►