Bu ilin ilk 6 ayı ərzində digər növ yüklərdə olduğu kimi Bakı Limanı vasitəsilə daşınan vaqonların sayında da ciddi artım müşahidə edilib. Belə ki, əgər ötən ilin ilk altı ayı ərzində Bakı Limanında 14 603 ədəd vaqon daşınmışdısa, bu ilin eyni dövründə bu göstərici 25,8 % artaraq 18 376 ədəd olub.

Qeyd edək ki, vaqon yükləri Bakı Limanın illik yükaşırma gücü 6,2 milyon ton olan Bərə terminalını vasitəsilə daşınır. Bu terminalda vaqonlar yükü boşaldan avadanlığa ehtiyac qalmadan bir nəqliyyat vasitəsindən (lokomotiv) digərinə (gəmi) ötürülə bilir. Bu proses hər biri bilavasitə dəmir yolu xətlərinə qoşulu olan qaldırıcı körpüyə malik iki bərə körpüsündə həyata keçirilir. Bu terminalda gəmilərə sərnişinlərlə yanaşı yük avtomobilləri, sərnişin avtomobilləri və s. nəqliyyat vasitələri xaricində intermodal nəqliyyat vahidləri də yüklənilə bilər.

Əlaqədar məqalələr
Nəqliyyat / Logistika

Asiya İnkişaf Bankının dəstəyi ilə ADY-nin....

Asiya İnkişaf Bankının dəstəyi ilə ADY-nin dekarbonizasiyası üzrə strateji layihəyə…
►►►
Nəqliyyat / Logistika

AZAL uçuş cədvəlindəki mümkün dəyişikliklərə qarşı sığorta xidmətini istifadəyə verib

AZAL uçuş cədvəlindəki mümkün dəyişikliklərə qarşı sığorta xidmətini istifadəyə…
►►►
Nəqliyyat / Logistika

AZAL-ın təyyarələrində multimedia əyləncə sistemi yenilənib

AZAL-ın təyyarələrində multimedia əyləncə sistemi yenilənib 2 dekabr 2025-ci il, Bakı…
►►►