Yelo Bank regionlarda xidmət şəbəkəsini genişlənməyə davam edir. Bank bu dəfə Qəbələdə yeni rəqəmsal filialını istifadəyə verdi.

Bankın digər filialları kimi “Parlaq Bankçılıq” şüarına uyğunlaşdırılmış Qəbələ filialı yüksək səviyyədə xidmət göstərmək üçün bütün zəruri imkanlara malikdir.

Ənənəvi filiallardan fərqli olaraq burada bütün əməliyyatlar xəzinə olmadan, aparatlar vasitəsilə aparılır. Filialda nağd pul, biznes kreditləri, Yelo debet kart və digər məhsulların sifarişi ilə bərabər, fasiləsiz rejimdə hesablara mədaxil, kartdan vəsaitin nağdlaşdırılması, müxtəlif ödənişlər də etmək mümkündür.

Mədaxil və məxaric əməliyyatları üçün filialın 24/7 xidmət sahəsində quraşdırılmış yeni nəsil ATM və terminalı damüştərilərin istifadəsindədir. 

Filialın açılışı ilə bağlı Yelo Bank-ın İdarə Heyətinin sədri Anar Həsənov Parlaq bankçılığı Qəbələ sakinlərinə təqdim etməkdən şad olduğunu bildirib: “Müştərilərə daha çevik və keyfiyyətli xidmət göstərmək üçün nəinki məhsullarımızı, eləcə də filiallarımızı da rəqəmsallaşdırırıq, Qəbələ filialı bu il regionlarda istifadəyə verdiyimiz sayca 3-cü filialdır. Xidmət şəbəkəmizin, xüsusilə, regionlarda genişləndirməyimizdə əsas məqsəd ölkənin real sektoruna hərtərəfli dəstək olmaqdır. Qəbələdə də sahibkarlığın inkişafı üçün geniş potensial var. İlin sonunadək ölkənin digər bölgələrində də eyni konseptdə filialları açmağı planlaşdırırıq.” 

Yelo Bank-ın yeni filialı Qəbələ şəhəri, Nizami Gəncəvi küçəsi 1 ünvanında fəaliyyət göstərir.

Bank xidmətləri, o cümlədən, kredit, xaricə köçürmələr və depozit haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram  və ya Whatsapp hesablarımıza yazın.

Yelo Bank – Parlaq bankçılıq!

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

Tikinti sektoru ilə bağlı dövlət qurumlarının....

Tikinti sektoru ilə bağlı dövlət qurumlarının və sahibkarların iştirakı ilə ictimai…
►►►
İqtisadiyyat / Biznes

Bir Bonus Toyota Corolla və yüzlərlə bonus qazandırır

Bir Bonus Toyota Corolla və yüzlərlə bonus qazandırır Bir ekosistemin vahid loyallıq…
►►►
İqtisadiyyat / Biznes

Belqradda Serbiya–Azərbaycan biznes forumu keçiriləcək

Belqradda Serbiya–Azərbaycan biznes forumu keçiriləcək Azərbaycan ilə Serbiya arasında…
►►►