Türkiyənin məşhur qrupu “Kolpa” Bakıda konsert proqramı ilə çıxış edib

Türkiyənin məşhur və uğurlu rok musiqi qruplarından biri olan “Kolpa” Bakıda konsert proqramı ilə çıxış edib.

Konsert 10 avqust Event Office-nin təşkilatçılığı ilə Yaşıl Teatr açıq hava səhnəsində baş tutub. Qrupun təməli üzvlərinin Adanada keçirdiyi lisey illərində qoyulub, fəaliyyəti 2005-ci ildə İstanbulda başlayıb.

“Bakını çox sevirik. Burda dəfələrlə konsert proqramları ilə çıxış etmişik. Təşəkkürlər gəldiyiniz üçün. Bu gecə yeni mahnılarla yanaşı size köhnə hitlərimizidə səsləndirəcəyik”, qrupun üzvü Barış Yurtçu pərəstişkarlarını salamlayıb.Gecədə “Kolpa” hit mahnılarını bir-birinin ardınca ifa edib. Onların arasında -“Beni Aşka İnandır”, “Son Nefesim”, “Hiç Bitmez Bu Masal”, “Gürur Benim Neyime”, “Nasıl Öğrendin Unutmayı” və s.

Gecənin qonaqları sevimli mahnılarının sədaları altında bolluca rəqslər edərək musiqiləri birgə səsləndiriblər.

Konsert böyük anşlaqla keçib və hamının zövgünə oxşayıb.

Günel Həsənova

Əlaqədar məqalələr
City Life

Ferhat Göçer Bakıda Eyyub Hüseynzadənin təşkilatçılığı ilə dördüncü dəfə konsert verəcək

Ferhat Göçer Bakıda Eyyub Hüseynzadənin təşkilatçılığı ilə dördüncü dəfə konsert…
►►►
City Life

Bakıda  “Avropada Təhsil” sərgisi keçiriləcək

Bakıda  “Avropada Təhsil” sərgisi keçiriləcək Avropa İttifaqının (Aİ)…
►►►
City Life

Sea Breeze ərazisində yeni texnologiyalarla təchiz....

Sea Breeze ərazisində yeni texnologiyalarla təchiz olunmuş ilk çoxzallı CineMastercard…
►►►