Xaricdə təhsilə dair Dövlət Proqramı ilə bağlı yeniliklər edilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2022-ci il 28 fevral tarixli 3163 nömrəli Sərəncamda dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.

Dəyişikliklərə əsasən, Dövlət Proqramının müddəti uzadılıb və 2022–2028-ci illər olaraq müəyyən edilib.

Bundan başqa, hər il 500 nəfərədək Azərbaycan Respublikası vətəndaşının xaricdə nüfuzlu ali təhsil müəssisələrində ali təhsilin bakalavriat, magistratura və doktorantura səviyyələrində təhsil alması təmin olunacaq. 2022–2024-cü illərdə Dövlət Proqramı çərçivəsində xarici ali təhsil müəssisələrində təhsil yerlərinin 80 faizədək hissəsi magistratura səviyyəsini, 2025-ci ildən başlayaraq isə 25 faizindən çox olmayan hissəsi bakalavriat səviyyəsini və 20 faizindən çox olmayan hissəsi doktorantura səviyyəsini əhatə edəcək.

Əlaqədar məqalələr
Elm / Texnologiya

Azercell “Great Place to Work®” beynəlxalq sertifikatına layiq görülüb

Azercell “Great Place to Work®” beynəlxalq sertifikatına layiq görülüb Şirkətin insan…
►►►
Elm / Texnologiya

“Azercell CUP 2026” müsabiqəsinə start verilir

“Azercell CUP 2026” müsabiqəsinə start verilir İnformatika sahəsində istedadlı…
►►►
Elm / Texnologiya

“Nar” “İmkanlar hər kəs üçün” layihəsinin bağlanış mərasimində iştirak edib

“Nar” “İmkanlar hər kəs üçün” layihəsinin bağlanış mərasimində iştirak…
►►►