“GL” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir

13 avqust 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “GL” ASC-nin buraxılış həcmi 400,000 (dörd yüz min) manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilmişdir.

Qeyd olunan istiqrazların yerləşdirilməsi 14 avqust 2024-cü il tarixində Bakı Fond Birjasında birqiymətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı“GL” ASC
Dövlət qeydiyyat nömrəsi – İSİNAZ2028020280
İstiqrazın növü və formasıİstiqraz faizli, təmin edilməmiş sənədsiz adlı
Ticarət üsulu/formasıKütləvi/Birqiymətli
İstiqrazın sayı400 (ədəd)
İlkin ticarət qiyməti1,000 manat
Buraxılış həcmi400,000 manat
İllik gəlirlilik faizi15%
Ödəmə PerioduHər ayda bir dəfə (hər bir ayın 30 (otuz) gün olduğunu qəbul etmək şərti ilə)
Tədavül müddəti5 il
Ticarətə buraxılma tarixi14.08.2024
Anderrayter“INVEST-AZ İ.Ş” ASC
Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

Unibank Yel çərşənbəsi münasibətilə 0 % komissiyalı kredit aksiyası keçirir

Unibank Yel çərşənbəsi münasibətilə 0 % komissiyalı kredit aksiyası keçirir Unibank…
►►►
İqtisadiyyat / Biznes

“AzerGold” xüsusi mükafata layiq görüldü

“AzerGold” xüsusi mükafata layiq görüldü İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi…
►►►
İqtisadiyyat / Biznes

Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur

Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur İqtisadiyyat…
►►►