ABB səhmlərinə abunə yazılanlar üçün keçirilən lotereyanın ilk qalibləri açıqlandı!

ABB-nin 1 avqustdan elan etdiyi “ABB səhmdarı ol, şanslarını artır!” lotereya kampaniyasının birinci tirajı oynanılıb. İlk tirajda 50 qalib seçilib. Kampaniyanın şərtlərinə əsasən, 1 nəfər – 5000 AZN, 1 nəfər – 3000 AZN, 1 nəfər – 2000 AZN, 47 nəfər – 100 AZN mükafat qazanıb.

Lotereyanın müddəti 10 sentyabr 2024-cü ilə qədərdir. Bu müddətdə ABB səhmlərini sifariş etmiş investorlar 5000 AZN-dək pul mükafatı qazanmaq şansı əldə edəcəklər.

Növbəti tirajların tarixləri:

  • 2-ci tiraj: 11.08.2024 – 20.08.2024 (23.08.2024-cü il, saat 17:00-da oynanılacaq);
  • 3-cü tiraj: 21.08.2024 – 31.08.2024 (05.09.2024-cü il, saat 17:00-da oynanılacaq);
  • 4-cü tiraj 01.09.2024 – 10.09.2024 (15.09.2024-cü il, saat 17:00-da oynanılacaq).

Şərtlərə əsasən, hər səhm sifarişi müştərilərə 1 şans qazandırır. Müştərilər minimum 100, maksimum 400 000 səhm ala bilərlər. Qazanılan şanslar hər tiraj müddətinin yekununda cəmlənir və lotereyada həmin say qədər iştirak şansı olur. Müştəri hər tirajda 1 dəfə qalib ola bilər.

Növbəti tirajlar da ABB-nin korporativ Facebook səhifəsi üzərindən canlı yayımda oynanılacaq. Qaliblər proqram təminatının köməyi ilə təsadüfi qaydada seçiləcək və uduşlar pul şəklində müştərilərin ABB-dəki aktiv debet kartı və ya “Faydalı keşbek” hesablarına köçürüləcək.

Hədiyyələr hər tiraj üçün eynidir:

  • 1 nəfər – 5000 AZN
  • 1 nəfər – 3000 AZN
  • 1 nəfər – 2000 AZN
  • 47 nəfər – 100 AZN

Birinci tirajın qalibləri ilə buradan tanış ola bilərsiniz. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Əlaqədar məqalələr
ROCKVELL BUSINESS

Unibankın “Əjdaha” lotereyasının ikinci tirajının qalibləri kimlər olacaq?

Unibankın “Əjdaha” lotereyasının ikinci tirajının qalibləri kimlər olacaq? Unibank…
►►►
ROCKVELL BUSINESS

“Yaşıl taksonomiya”nın ilkin nümunəsi hazırlanıb

“Yaşıl taksonomiya”nın ilkin nümunəsi hazırlanıb Azərbaycan Mərkəzi Bankı (AMB)…
►►►
ROCKVELL BUSINESS

“Startup World Cup” tədbiri Azercell-in tərəfdaşlığı ilə baş tutacaq

“Startup World Cup” tədbiri Azercell-in tərəfdaşlığı ilə baş tutacaq Qalib komanda…
►►►