Mərkəzi Bank tərəfindən “Banklarda ekoloji risklərin idarə edilməsi təlimatı”nın bank nümayəndərinə onlayn təqdimatı keçirilib

Azərbaycan Mərkəzi Bankı tərəfindən “Banklarda ekoloji risklərin idarə edilməsi təlimatı”nın banklara onlayn təqdimatı keçirilib.

Təqdimat zamanı banklarda iqlim və digər ətraf mühit risklərinin idarəetmə çərçivəsi, daxili siyasət və prosedurlar, risklərin müəyyən edilməsi, qiymətləndirilməsi, tənzimlənməsi və monitorinqi üzrə tövsiyələrin tətbiqi məsələləri müzakirə edilib.

Görüş interaktiv formatda təşkil edilib, bank nümayəndələrinin sualları cavablandırılıb və bu istiqamətdə təkliflər dinlənilib. Müzakirələrin nəticəsində banklarda iqlim risklərinin idarə edilməsi potensialının artırılması, habelə iqlim riskləri üzrə məlumatlara çıxışın təmin edilməsi üzrə növbəti addımlar müəyyən edilib.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

Yelo POS-terminal ilə ödənişləri limitsiz qəbul edin

Yelo POS-terminal ilə ödənişləri limitsiz qəbul edin Son dövrdə nağdsız…
►►►
İqtisadiyyat / Biznes

Biznesiniz irəli getsin, komissiya 0% qalsın!

Biznesiniz irəli getsin, komissiya 0% qalsın! Bank VTB fərdi sahibkarlar üçün 50 000…
►►►
İqtisadiyyat / Biznes

Maliyyə ehtiyaclarınız üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit

Maliyyə ehtiyaclarınız üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit Müştərilərinin…
►►►