Kimya sənayesi məhsullarının ixracı artıb

Azərbaycan bu ilin yanvar-iyul aylarında xarici ölkələrə kimya sənayesi məhsullarının ixracını artırıb.

Dövlət Gömrük Komitəsinin statistik məlumatlarına görə, hesabat müddətində ölkədən 149,8 milyon ABŞ dolları dəyərində 615,8 min ton kimya sənayesi məhsulları ixrac edilib. İllik ifadədə ixracın dəyəri 13,4 faiz, həcmi isə 43,6 faiz artıb.

Hesabat dövründə, kimya sənaye məhsullarının ixracı qeyri-neft sektoru üzrə ixracın 7.99 faizini təşkil edib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,41 faiz bəndi çoxdur.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

4-cü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə növbəti görüş

Zakir İbrahimov 4-cü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə növbəti görüşlər…
►►►
İqtisadiyyat / Biznes

Göyçayda “KOB FEST” sərgi-satış yarmarkası keçiriləcək

Göyçayda “KOB FEST” sərgi-satış yarmarkası keçiriləcək “KOB FEST” sərgi-satış…
►►►
İqtisadiyyat / Biznes

Unibank və  BlueOrchard Finance Ltd....

Unibank və  BlueOrchard Finance Ltd. 23 milyon ABŞ dollarlıq iki kredit sazişi…
►►►