Sahibkarlar hüquqları pozulmuş istehlakçılara 241 min manatı geri qaytarıblar

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti 2024-cü ilin I yarımili ərzində müraciətlər üzrə 241 min manat vəsaitin sahibkarlar tərəfindən istehlakçılara qaytarılmasını təmin edib.

Dövlət Xidmətinin məlumatına görə, müraciətlər lazımi keyfiyyətdə olan, lakin istehlakçıların tələblərini ödəməyən, həmçinin qüsurlu malların qaytarılması, bağlanılmış müqavilələrin ləğv edilməsi və digər hallarla bağlı olub.

Ötən ilin müvafiq dövründə sadalanan hallarla bağlı 221 min manat vəsait sahibkarlar tərəfindən istehlakçılara qaytarılıb.

Bu tədbirlər istehlakçı hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət sahəsində vətəndaş müraciətlərinin operativ həlli, istehlakçı-sahibkar münasibətlərinin tənzimlənməsi məqsədilə həyata keçirilib.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

Yelo POS-terminal ilə ödənişləri limitsiz qəbul edin

Yelo POS-terminal ilə ödənişləri limitsiz qəbul edin Son dövrdə nağdsız…
►►►
İqtisadiyyat / Biznes

Biznesiniz irəli getsin, komissiya 0% qalsın!

Biznesiniz irəli getsin, komissiya 0% qalsın! Bank VTB fərdi sahibkarlar üçün 50 000…
►►►
İqtisadiyyat / Biznes

Maliyyə ehtiyaclarınız üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit

Maliyyə ehtiyaclarınız üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit Müştərilərinin…
►►►