AFBİA və AZFİNA üzvü olan Fintex şirkətləri arasında kapital bazarı və səhm bazarının inkişafı mövzusunda görüş keçirilmişdir.

21 avqust 2024-cü il tarixində “Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası” (AFBİA) və “Azərbaycan Fintex Assosiasiyası” İctimai Birliyinin (Azfina) üzvü olan fintex şirkətləri arasında kapital bazarı və səhm bazarının inkişafı mövzusunda görüş keçirilmişdir.

Görüş zamanı AFBİA-nın icraçı direktoru Murad Yəhyayev kapital bazarı və bazar iştirakçıları, həmçinin assosiasiyanın fəaliyyət planı haqqında təqdimatla çıxış edərək iştirakçılara geniş məlumat vermişdir.

“ABB İnvest”in əməkdaşı Elçin Məmmədov isə Azərbaycan Beynəlxalq Bankın səhmlərinin kütləvi təklifi, investisiya imkanları, dividend ödənişləri haqqında iştirakçılara ətraflı məlumat vermiş və görüş iştirakçılarının suallarını cavablandırmişdır.

“Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası” İctimai Birliyi 2007-ci ildə yaradılmışdır. Assosiasiyanın əsas məqsədi qiymətli kağızlar bazarı iştirakçılarının səmərəli peşəkar fəaliyyətinin təmin edilməsinə dəstək olmaqdır.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

4-cü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə növbəti görüş

Zakir İbrahimov 4-cü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə növbəti görüşlər…
►►►
İqtisadiyyat / Biznes

Göyçayda “KOB FEST” sərgi-satış yarmarkası keçiriləcək

Göyçayda “KOB FEST” sərgi-satış yarmarkası keçiriləcək “KOB FEST” sərgi-satış…
►►►
İqtisadiyyat / Biznes

Unibank və  BlueOrchard Finance Ltd....

Unibank və  BlueOrchard Finance Ltd. 23 milyon ABŞ dollarlıq iki kredit sazişi…
►►►