“GL” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir

22 avqust 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “GL” ASC-nin ümumi buraxılış həcmi 800,000 (səkkiz yüz min) manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilmişdir.

Qeyd olunan istiqrazların yerləşdirilməsi 26 avqust 2024-cü il tarixində Bakı Fond Birjasında birqiymətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı“GL” ASC
Dövlət qeydiyyat nömrələri – İSİNAZ2029020289 / AZ2030020286
İstiqrazlarının növü və formasıİstiqraz faizli, təmin edilməmiş sənədsiz adlı
Ticarət üsulu / formasıKütləvi/Birqiymətli
İstiqrazların hər birinin sayı400 (ədəd)
İlkin ticarət qiymətləri1,000 manat
İstiqrazların hər birinin buraxılış həcmləri400,000 manat
İllik gəlirlilik faizləri15%
Ödəmə PeriodlarıHər ayda bir dəfə (hər bir ayın 30 (otuz) gün olduğunu qəbul etmək şərti ilə)
Tədavül müddətləri5 il
Ticarətə buraxılma tarixləri26.08.2024
Anderrayter“INVEST-AZ İ.Ş” ASC
Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

4-cü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə növbəti görüş

Zakir İbrahimov 4-cü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə növbəti görüşlər…
►►►
İqtisadiyyat / Biznes

Göyçayda “KOB FEST” sərgi-satış yarmarkası keçiriləcək

Göyçayda “KOB FEST” sərgi-satış yarmarkası keçiriləcək “KOB FEST” sərgi-satış…
►►►
İqtisadiyyat / Biznes

Unibank və  BlueOrchard Finance Ltd....

Unibank və  BlueOrchard Finance Ltd. 23 milyon ABŞ dollarlıq iki kredit sazişi…
►►►