Məktəblilərimiz Yeniyetmələrin Avropa İnformatika Olimpiadasında (EJOI 2024) uğurla çıxış ediblər

14–22 avqust tarixlərində Moldovanın paytaxtı Kişinyov şəhərində Yeniyetmələrin Avropa İnformatika Olimpiadası (EJOI 2024) keçirilib. Sözügedən müsabiqədə ölkəmizi təmsil edən məktəblilərimiz uğurlu nəticə göstəriblər. Belə ki, Bakı şəhəri 157 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Həsən Vəliyev gümüş, Bakı Türk Anadolu liseyinin 9-cu sinif şagirdi Əhməd Qənbərli və Sumqayıt şəhəri 23 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Muhammedali Əhmədov bürünc medal qazanıblar. 

Məktəblilərimiz sözügedən olimpiadada 2017-ci ildən iştirak edirlər və bu vaxta kimi 4 gümüş, 8 bürünc medal qazanıblar. 

Qeyd edək ki, informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi “Azercell Telekom” MMC və Təhsil İnstitutunun əməkdaşlığı çərçivəsində həyata keçirilir. İndiyədək ölkə üzrə fərqli yaş qruplarından olan şagirdlərimiz müxtəlifmiqyaslı proqramlaşdırma müsabiqələrində ümumilikdə 77 medal qazanıblar.

Əlaqədar məqalələr
Elm / Texnologiya

“AzInTelecom” kibermüharibə yarışının qalibi oldu

“AzInTelecom” kibermüharibə yarışının qalibi oldu AZCON Holding şirkətlərindən olan…
►►►
Elm / Texnologiya

Azərbaycanda ilk jest dili mobil tətbiqi istifadəyə verildi

Azərbaycanda ilk jest dili mobil tətbiqi istifadəyə verildi Sərfəli mobil operator…
►►►
Elm / Texnologiya

Vahid vergi bəyannaməsinin “SİMA İmza” ilə təqdim edilməsi mümkün oldu

Vahid vergi bəyannaməsinin “SİMA İmza” ilə təqdim edilməsi mümkün oldu AZCON Holding…
►►►