“Kapital Bank” ASC-nin istiqrazlarının abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutacaqdır

26 avqust 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Kapital Bank” ASC-nin buraxılış həcmi 30,000,000 (otuz milyon) ABŞ dolları olan istiqrazları premium bazar seqmentində listinqə daxil edilmişdir.

Qeyd olunan istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə həyata keçiriləcəkdir. 26 avqust 2024-cü il tarixindən başlayaraq 24 sentyabr 2024-cü il tarixinə kimi 30 gün ərzində “Kapital Bank” ASC-nin istiqrazları üzrə abunə yazılışı baş tutacaqdır. İstiqrazlar üzrə yerləşdirmə 26 sentyabr 2024-cü il tarixində baş tutacaqdır.

Qeyd: İstiqrazlar subordinasiya borc şəklində, 7 illik tədavül müddətilə buraxılır.

Subordinasiya borc öhdəlikləri – emissiya şərtlərinə görə ödəmə vaxtı çatdıqda ödənilən, bankın aktivlərinin girovu ilə təmin edilməyən, mülkiyyətçisinin tələbi ilə geri alınmayan, bank ləğv edilərkən onların ödənilməsi əmanətçilərin və bankın digər kreditorlarının tələbləri tam ödənildikdən sonra icra olunan öhdəliklər.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.

 İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı“Kapital Bank” ASC
Dövlət qeydiyyat nömrəsi – İSİNAZ2013005155
İstiqrazın növü və formasıİstiqraz faizli, təmin edilməmiş sənədsiz adlı
İstiqrazın sayı300,000 (ədəd)
İlkin ticarət qiyməti100 ABŞ dolları
Buraxılış həcmi30,000,000 ABŞ dolları
İllik gəlirlilik faizi7%
Ödəmə Perioduİldə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürülməklə hər 30 (otuz) təqvim gününün başa çatması tarixindən növbəti 3 (üç) iş günündən gec olmayaraq ödənilir
Tədavül müddəti7 il
Anderrayter“PAŞA Kapital  İ.Ş” QSC
Ticarətə buraxılma tarixi26.09.2024
Ticarət üsulu/formasıKütləvi/Abunə yazılışı

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

Kapital Bank-ın Quba-Xaçmaz bölgəsi üzrə Əlaqə mərkəzi istifadəyə verildi

Kapital Bank-ın Quba-Xaçmaz bölgəsi üzrə Əlaqə mərkəzi istifadəyə verildi Ölkənin…
►►►
İqtisadiyyat / Biznes

Western Union beynəlxalq pul köçürmələri indi Yelo Bank-da

Western Union beynəlxalq pul köçürmələri indi Yelo Bank-da Xaricdə yaşayan yaxınlarını…
►►►
İqtisadiyyat / Biznes

6-cı qrant müsabiqəsi elan edilir

KOB-ların təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi ilə…
►►►