Azərbaycan Respublikasının Mərkəzi Bankının Notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir
28 və 29 avqust 2024-cü il tarixlərində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir. Nəzərinizə çatdırırıq ki, hərrac zamanı sifarişlərin toplanması saat 11:00-dan 11:30-dək təşkil olunacaqdır.
Notların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir:
Notun müddəti (gün) | İSİN | Hərractarixi | Hərraca çıxarılan məbləğ (manat) | Nominal | Miqdar | Notun ödəniş tarixi |
28 | AZ2311024700 | 28.08.2024 | 5.000.000 | 100.000 | 50 | 25.09.2024 |
84 | AZ2312024709 | 29.08.2024 | 5.000.000 | 100.000 | 50 | 21.11.2024 |
168 | AZ2313024708 | 28.08.2024 | 5.000.000 | 100.000 | 50 | 12.02.2025 |
252 | AZ2314024707 | 29.08.2024 | 5.000.000 | 100.000 | 50 | 08.05.2025 |
Hərracda notların ilk mülkiyyətçiləri yalnız Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar ola bilər. Notların mülkiyyətçiləri notlarla alqı-satqı, girov, REPO və digər əqdləri bağlaya bilər və bu əqdlər üzrə tərəf qismində istənilən şəxs çıxış edə bilər.
Hərrac zamanı bir bank tərəfindən 1 rəqabətli sifariş təqdim edilə bilər və təqdim ediləcək rəqabətli sifarişin həcminə məhdudiyyət tətbiq olunmur.
Hərrac zamanı iştirakçıların sayı 5-dən az olduqda hərrac baş tutmamış hesab ediləcəkdir.
Bağlanmış əqdlər üzrə hesablaşmalar T+0 rejimində həyata keçiriləcəkdir.