Bakıda İkinci “Körfəz-Azərbaycan” İqtisadi Forumu keçiriləcək

Sentyabrda Bakıda İkinci “Körfəz-Azərbaycan” İqtisadi Forumu keçiriləcək.

Bu barədə xarici mətbuat xəbər verir.

“Dayanıqlıq, investisiya, tərəfdaşlıq” adlanacaq forumun məqsədi Körfəz ölkələri ilə Azərbaycan arasında bir sıra perspektivli iqtisadi sahələrdə ticarət əlaqələrini inkişaf etdirməkdir.

Fars Körfəzi Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının (GCC) Palatalar Federasiyasının prezidenti Faysal bin Abdullah Əl-Ravvasın sözlərinə görə, forumda ərzaq təhlükəsizliyi və kənd təsərrüfatı, bərpaolunan enerji mənbələri, logistika və nəqliyyat, eləcə də ticarət və investisiyaların artımını dəstəkləyən sektorlar da daxil olmaqla bir sıra iqtisadi sahələrdə əsas investisiya imkanları və birgə layihələr təqdim olunacaq.

Birinci “Körfəz-Azərbaycan” İqtisadi Forumu 2017-ci ildə keçirilib.