Nazir Rəşad Nəbiyev üç ölkənin Azərbaycandakı səfirləri ilə görüşüb

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev avqustun 27-də Tacikistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İlxom Abduraxmonla görüşüb.

Görüş zamanı iki ölkə arasında nəqliyyat sahəsində, o cümlədən Orta dəhliz çərçivəsində əməkdaşlığın genişləndirilməsi, Tacikistan yüklərinin Azərbaycan üzərindən daşınması məsələləri müzakirə olunub. Eyni zamanda 2024-cü ilin noyabr ayında Bakının ev sahibliyi edəcəyi COP29-da Tacikistanın iştirakı barədə fikir mübadiləsi aparılıb.

Nazir Rəşad Nəbiyev həmçinin Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Əl Bluşi ilə görüşüb. Görüşdə iki ölkə arasında İKT sahəsində əməkdaşlıq perspektivləri və Bakıda keçiriləcək COP29-a hazırlıq məsələləri müzakirə edilib.

Nazir Rəşad Nəbiyev həmin gün Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Yuri Husyevlə də görüşüb. Görüşdə iki ölkə arasında nəqliyyat və İKT sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub.

Əlaqədar məqalələr
ROCKVELL BUSINESS

Qırmızı Ürəklər Fondundan Ramazan ayında həmrəylik çağırışı

Qırmızı Ürəklər Fondundan Ramazan ayında həmrəylik çağırışı Qırmızı Ürəklər…
►►►
ROCKVELL BUSINESS

2025-ci il AccessBank üçün sabit artım və dayanıqlı maliyyə nəticələri ili oldu

2025-ci il AccessBank üçün sabit artım və dayanıqlı maliyyə nəticələri ili…
►►►
ROCKVELL BUSINESS

ABB-dən gənc şahmatçı Xaqan Əhmədə dəstək

ABB-dən gənc şahmatçı Xaqan Əhmədə dəstək! İstedadların inkişafına kömək…
►►►