SOCAR brendli növbəti yanacaqdoldurma stansiyası istifadəyə verildi

Abşeron гауonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 12-ci km ünvanında yerləşən YDS-in açılış mərasimində “SOCAR PETROLEUM” QSC-nin nümayəndələri iştirak ediblər. Açılış mərasimində çıxış edənlər şirkət rəhbərliyi tərəfindən qarşıya qoyulan inkişafyönümlü strateji plandan bəhs ediblər. Ardıcıl olaraq müxtəlif bölgələrimizdə, xüsusən işğaldan azad edilən torpaqlarımızda yeni yanacaqdoldurma stansiyalarının istifadəyə verilməsinin nəzərdə tutulduğu və bu istiqamətdə işlərin uğurla davam etdirildiyi bildirilib. Eyni zamanda, QSC-nin kollektivinə yeni qoşulan əməkdaşlara fəaliyyətlərində uğurlar arzu edilib.  

Qeyd edək ki, QSC tərəfindən ölkəmizdə məşğulluq səviyyəsinin artırılması və əhalinin sosial rifahının yaxşılaşdırılması siyasəti diqqətdə saxlanılır. Bu xüsusda yeni yanacaqdoldurma stansiyasının açılması ilə bərabər, 20 yeni iş yeri də yaradılıb.

Sürücülərin ən çox istifadə etdiyi yollardan birində fəaliyyətə başlayan yeni YDS-də 4 yanacaqpaylayıcı kalonka quraşdırılıb. Burada “Aİ-92”, “Aİ-95” Premium və “Dizel” markalı yanacaq məhsullarının satışı həyata keçirilir. YDS nağdsız satış üçün POS-terminallar ilə təchiz edilib.

Xatırladaq ki, hazırda fəaliyyətə başlayan YDS-lə birlikdə ölkə ərazisində “SOCAR” brendli 63 yanacaqdoldurma stansiyası və 13 neft bazası sahəsi fəaliyyət göstərir ki, onlardan 8-i işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yerləşir.

Əlaqədar məqalələr
Energetika

Ötən ay Azərbaycan iqtisadiyyatına xarici investisiyalar 33,5 faiz artıb

Ötən ay Azərbaycan iqtisadiyyatına xarici investisiyalar 33,5 faiz artıb 2026-cı ilin…
►►►
Energetika

TAP boru kəməri ilə indiyədək Avropaya 54 milyard kubmetrdən çox qaz nəql edilib

TAP boru kəməri ilə indiyədək Avropaya 54 milyard kubmetrdən çox qaz nəql…
►►►
Energetika

Birjalarda neft qiymətləri

Birjalarda neft qiymətləri Dünya birjalarında neft ucuzlaşıb. Londonun ICE…
►►►