Azercell süni intellektlə milli dəyərləri bir araya gətirir!

Ölkənin aparıcı mobil operatoru “Milli və müasir” rəqəmsal muzeyini təqdim edir.

Azercell milli dəyərlərimizi müasir texnologiyalar vasitəsilə yaşatmaq, onları geniş auditoriyaya tanıtmaq və gələcək nəsillərə çatdırmaq məqsədilə “Milli və müasir” rəqəmsal muzeyi layihəsini təqdim edir. Bu innovativ təşəbbüs sənət və texnologiyanı birləşdirərək şirkətin hər iki sahəyə olan dəstəyini bir daha vurğulayır.

Unikal layihə çərçivəsində Azərbaycan mədəniyyətinin zənginliyini əks etdirən 15-dən çox rəqəmsal incəsənət nümunəsi “Milli və müasir” muzeyində artıq nümayiş olunur. Bu məzmun ənənəvi təsvir və muzeylərdən tutmuş film və teatr tamaşalarına qədər milli mədəni irsin geniş spektrini özündə birləşdirir. Süni İntellekt (AI) və Kompüterlə Yaradılmış Görüntülər (CGI) kimi qabaqcıl texnologiyalar vasitəsilə hazırlanan məzmun Azərbaycan mədəniyyətinə müasir baxış qazandırır.​ Platformada təqdim edilən rəqəmsal məzmunun daha da genişləndirilməsi nəzərdə tutulur.   

Layihə haqqında daha çox məlumat əldə etmək, müxtəlif müsabiqələrə qoşulmaq və hədiyyələr qazanmaq üçün Azercell-in Instagram səhifəsini izləyin.

#MilliVəMüasir

Əlaqədar məqalələr
Elm / Texnologiya

Kaspersky: 16 milyard şifrənin sızmasından sonra nə etməli?

Kaspersky: 16 milyard şifrənin sızmasından sonra nə etməli? Tarixdə potensial olaraq ən…
►►►
Elm / Texnologiya

“SİMA İmza” ilə elektron səhiyyə xidmətləri daha əlçatan oldu

“SİMA İmza” ilə elektron səhiyyə xidmətləri daha əlçatan oldu SİMA yeni nəsil…
►►►
Elm / Texnologiya

Azercell dünya çempionlarını təbrik etdi

Azercell dünya çempionlarını təbrik etdi İyun ayının 18-də Azercell Telekom Minifutbol…
►►►