Masallıda “KOB FEST” sərgi-satış yarmarkası keçiriləcək

Masallı “KOB FEST”də məhsul və xidmətlərini nümayiş etdirmək istəyən sahibkarlar sentyabrın 9-dək KOBİA-ya müraciət edə bilərlər.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə növbəti “KOB FEST” sərgi-satış yarmarkası Masallıda keçiriləcək. 

13-15 sentyabr tarixlərində təşkil olunacaq yarmarkada məhsul və xidmətlərini təqdim etmək istəyən Masallı və ətraf bölgələrdən olan KOB subyektləri sentyabrın 9-dək Agentliyin saytındakı müvafiq formanı doldurmaqla müraciət edə bilərlər: https://smb.gov.az/az/contact-form/exhibition-form/1 (“İştirak etmək istədiyiniz tədbir” bölümündə “KOB Fest – Masallı” qeyd olunmalıdır). Mikro və kiçik sahibkarların yarmarkada iştirak etməsi üçün ödəniş nəzərdə tutulmur. “KOB FEST” sərgi-satış yarmarkasının məqsədi KOB subyektlərinin istehsal etdiyi məhsul və xidmətləri tanıtmaq və onların satış imkanlarını genişləndirməkdir. Yarmarka çərçivəsində mədəni-əyləncəli proqram da təşkil olunacaqdır.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

10 000 AZN kredit götür, aylıq cəmi 350 manat....

10 000 AZN kredit götür, aylıq cəmi 350 manat ödə – Birbank Biznes-dən sərfəli kredit…
►►►
İqtisadiyyat / Biznes

ABB səhmdarları 16%-ə yaxın dividend qazana bilərlər

ABB səhmdarları 16%-ə yaxın dividend qazana bilərlər “ABB 2025-ci ilin 9 ayını 261…
►►►
İqtisadiyyat / Biznes

Yelo Business App sahibkarlar üçün daha bir imkan təqdim edir!

Yelo Business App sahibkarlar üçün daha bir imkan təqdim edir! Yelo Bank sahibkarların…
►►►