“Mərmər İnşaat” ASC-nin səhmlərinin abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutacaqdır
4 sentyabr 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Mərmər İnşaat” ASC-nin səhmləri Bakı Fond Birjasında standart bazar seqmentində listinqə daxil edilmişdir.
Qeyd olunan səhmlərin abunə yazılışı 4 sentyabr tarixindən başlayaraq 1 gün ərzində davam edərək 5 sentyabr tarixində yekunlaşacaq və yerləşdirmə 6 sentyabr tarixində baş tutacaqdır.
Səhmlərin emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.
Səhmlər üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı | “Mərmər İnşaat” ASC |
Dövlət qeydiyyat nömrəsi – İSİN | AZ1001024491 |
Səhmlərin növü və forması | Səhm adi, sənədsiz, adlı |
Ticarət üsulu/forması | Kütləvi/Abunə yazılışı |
Səhmlərin sayı | 100 (ədəd) |
İlkin ticarət qiyməti | 1,000 manat |
Buraxılış həcmi | 100,000 manat |
Ticarətə buraxılma tarixi | 06.09.2024 |
Anderrayter | “Assist Finance İ.Ş” ASC |