Birbank Biznes yük gömrük bəyamnaməsi əməliyyatlarında yeni həllər təqdim edir

Birbank Biznes xaricə köçürmə əməliyyatlarının optimallaşdırılması istiqamətində mühüm yeniliklər tətbiq edib. Artıq müştərilər göstərilən xidmətlər və alınan malların ödənişlərini daha rahat və sürətli həyata keçirə biləcəklər. Belə ki, idxal və ixrac əməliyyatlarının tərkib hissəsi olan avans və yük gömrük bəyannamələrinin (YGB) ödəniş prosesi müştərilərin rahatlığı üçün sadələşdirilib

Yeniliklərdən biri müştərilərin Dövlət Gömrük Komitəsinin səhifəsinə keçid etmədən birbaşa Birbank Biznes platformasında gömrük avans kodunu yaratmaq imkanıdır. Qeyd edək ki, bu xidmət ölkəmizdə bir ilkdir və məhz Birbank Biznes tərəfindən tətbiq olunub. Bundan əlavə, müştərilərin gömrük avans kodu məlumatlarını avtomatik dolduraraq əldə etməsi mümkün olacaq. Bu da məlumatların manual daxil edilməsi ehtiyacını minimuma endirir və səhv ehtimalını tamamilə aradan qaldırır.

Yeni köçürmə sistemi müştərilərə YGB nömrəsini əlavə etməklə müqavilə məlumatlarına, YGB-nin ümumi dəyərinə və qarşı tərəf haqqında ətraflı məlumatlara sürətli çıxış imkanı verir. Bu funksiya müştərilərə ödəniş etmək istədikləri YGB üzrə aktual məlumatları daha rahat əldə etməyə və ödəniş prosesinin avtomatlaşdırılmasına dəstək olur.

Eyni zamanda, idxal-ixrac bölməsində müştərilər avans və ona uyğun YGB məlumatlarını, ödənişlərin statuslarını izləyə bilərlər. Onu da qeyd etmək lazımdır ki, Dövlət Gömrük Komitəsinin sistemində yaradılan avans ödənişləri barədə məlumat avtomatik olaraq müştəriyə təqdim edilir və ödənişlərin məsafədən tam idarə olunması təmin edilir.   

Ətraflı məlumat üçün: https://kbl.az/bbpraka

Birbank Biznes müştərilərində suallar yaranarsa, onlara istənilən vaxt canlı çat vasitəsilə də dəstək göstərilir. Sahibkarlara vaxta qənaət etmək imkanı verən Birbank Biznes sistemi haqqında ətraflı məlumat üçün https://bir.bank/bbfipr  saytına keçid edin və ya 896 məlumat mərkəzinə zəng edin.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

Yelo Bank ilə əmanətindən daha çox gəlir qazan!

Yelo Bank ilə əmanətindən daha çox gəlir qazan! Pul qazanmağı kim istəməz? Pulunun…
►►►
İqtisadiyyat / Biznes

Azot gübrəsinin ixracından 62 milyon dollardan çox vəsait daxil olub

Azot gübrəsinin ixracından 62 milyon dollardan çox vəsait daxil olub Bu ilin yanvar-iyul…
►►►
İqtisadiyyat / Biznes

Bakıda 80-ə yaxın Çin şirkətinin iştirakı ilə sərgi keçiriləcək

Bakıda 80-ə yaxın Çin şirkətinin iştirakı ilə sərgi keçiriləcək 17-19 sentyabr…
►►►