“Mərmər İnşaat” ASC-nin səhmlərinin abunə yazılışı üsulu ilə yerləşdirilməsi yekunlaşmışdır
4 sentyabr 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Mərmər İnşaat” ASC-nin səhmləri Bakı Fond Birjasında standart bazar seqmentində listinqə daxil edilmişdir.
Qeyd olunan səhmlərin Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə olan yerləşdirilməsi 6 sentyabr 2024-cü il tarixində yekunlaşmışdır.
Səhmlərin emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.
Səhmlər üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı | “Mərmər İnşaat” ASC |
Dövlət qeydiyyat nömrəsi – İSİN | AZ1001024491 |
Səhmlərin növü və forması | Səhm adi, sənədsiz, adlı |
Ticarət üsulu/forması | Kütləvi/Abunə yazılışı |
Səhmlərin sayı | 100 (ədəd) |
İlkin ticarət qiyməti | 1,000 manat |
Buraxılış həcmi | 100,000 manat |
Hərrac qiyməti | 1,000 manat |
Reallaşdırılmış həcm | 100,000 manat |
Sifarişlərin ümumi həcmi (nominal qiymətlə) | 100,000 manat |
İnvestor sayı | 1 |
Sifariş sayı | 1 |
Anderrayter | “Assist Finance İ.Ş” ASC |