“Korporativ idarəetmə, investisiyalar və korporativ sosial məsuliyyət” üzrə İşçi Qrupunun iclası keçiriləcək

Biznes mühiti və Beynəlxalq reytinqlər üzrə Komissiyanın “Korporativ idarəetmə, investisiyalar və korporativ sosial məsuliyyət” işçi qrupunun 13 sentyabr 2024-cü il tarixində saat 16:00-da növbəti iclasının keçirilməsi nəzərdə tutulur. İclas Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Zaur Nudirəliyev 79 ünvanında yerləşən inzibati binasında (“Bakı KOB evi”) baş tutacaqdır. 

İclasda İşçi Qrupunun 2024-cü ilin birinci yarımilliyi üzrə Fəaliyyət Planının müvafiq bəndlərinin və verilmiş tapşırıqların icra vəziyyətinə, müvafiq reytinq hesabatlarında ölkəmizin mövqeyinin yaxşılaşdırılması ilə bağlı məsələlərə dair müzakirələr aparılacaq.

İclasda işçi qrupa üzv olan dövlət orqanlarının, eləcə də özəl və beynəlxalq şirkətlərin məsul şəxsləri iştirak edəcəkdir.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

4-cü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə növbəti görüş

Zakir İbrahimov 4-cü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə növbəti görüşlər…
►►►
İqtisadiyyat / Biznes

Göyçayda “KOB FEST” sərgi-satış yarmarkası keçiriləcək

Göyçayda “KOB FEST” sərgi-satış yarmarkası keçiriləcək “KOB FEST” sərgi-satış…
►►►
İqtisadiyyat / Biznes

Unibank və  BlueOrchard Finance Ltd....

Unibank və  BlueOrchard Finance Ltd. 23 milyon ABŞ dollarlıq iki kredit sazişi…
►►►