2022-ci il avqustun 17-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf “Fortescue Metals Group”un sədri və təsisçisi Endrü Forest ilə görüşüb.Görüşdə Endrü Forest “Fortescue Metals Group”un törəmə müəssisəsi olan “Fortescue Future Industries” (FFI) şirkətinin bərpaolunan enerji, yaşıl hidrogen, ammonyak və sintetik metan kimi dayanıqlı yanacaq sahələrindəki fəaliyyəti və əldə etdiyi nailiyyətlərdən bəhs edib, sözügedən şirkətin Azərbaycanda da bu istiqamətdə fəaliyyət göstərməkdə maraqlı olduğunu bildirib.

Rövşən Nəcəf SOCAR-ın dekarbonizasiya və bərpaolunan enerji sahələrindəki hədəfləri, həmçinin bu istiqamətdə atılan addımlar barədə məlumat verib.

Söhbət zamanı tərəflər arasında mövcud neft-qaz və neft-kimya əməliyyatlarının dekarbonizasiyası, Azərbaycanda “yaşıl enerji” əməliyyatlarının genişləndirilməsi məqsədilə FFI-nin SOCAR-ın mövcud obyektlərindən və infrastrukturundan istifadəsi, həmçinin digər istiqamətlərdə potensial əməkdaşlıq imkanları müzakirə edilib.

Əlaqədar məqalələr
Energetika

TAP boru kəməri ilə indiyədək Avropaya 54 milyard kubmetrdən çox qaz nəql edilib

TAP boru kəməri ilə indiyədək Avropaya 54 milyard kubmetrdən çox qaz nəql…
►►►
Energetika

Birjalarda neft qiymətləri

Birjalarda neft qiymətləri Dünya birjalarında neft ucuzlaşıb. Londonun ICE…
►►►
Energetika

Maye qazın istehsal həcmi artıb

Maye qazın istehsal həcmi artıb Bu ilin yanvar-oktyabr aylarında ölkədə 190 min ton maye…
►►►