Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri ilə görüş keçirilib

İki ölkənin biznes dairələri arasında münasibətlərin intensivləşdirilməsinin vacibliyi müzakirə olunub.

İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İssam bin Saleh əl-Cuteyli ilə görüşüb.

Görüş zamanı AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi baxımından biznes dairələri arasında münasibətlərin intensivləşdirilməsi, qarşılıqlı investisiya layihələrinin həyata keçirilməsinin vacibliyini qeyd edib. AZPROMO-nun sahibkarlar arasında əlaqələndirmə prosesində aktiv rol oynadığı və bu müstəvidə cari ilin 26 sentyabr tarixində Bakıda keçiriləcək Azərbaycan-Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) İqtisadi Forumunun əhəmiyyəti diqqətə çatdırılıb.

Səfir İssam bin Saleh əl-Cuteyli  Səudiyyə Ərəbistanı və Azərbaycan arasında mövcud siyasi əlaqələr yüksək qiymətləndirərək iqtisadi əməkdaşlığın inkişafı üçün geniş imkanların mövcud olduğunu vurğuladı. Bildirildi ki, bu ilin 30 sentyabr tarixində Səudiyyə Ərəbistanının 70-dək böyük şirkəti Azərbaycana səfər edəcək.

AZPROMO tərəfindən sözügedən şirkətlərlə yerli sahibkarlar arasında əlaqələrin qurulması ilə bağlı lazımi dəstəyin göstəriləcəyi diqqətə çatdırıldı.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

“AzerGold” xüsusi mükafata layiq görüldü

“AzerGold” xüsusi mükafata layiq görüldü İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi…
►►►
İqtisadiyyat / Biznes

Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur

Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur İqtisadiyyat…
►►►
İqtisadiyyat / Biznes

Sərfəli kredit axtarırsan?

Sərfəli kredit axtarırsan? Baharın gəlişi və Novruz bayramı hər birimiz üçün yeni…
►►►