Pakistanda Şərq Əməkdaşlıq Təşkilatının (ŞƏT) “Biznes və investisiya konfransı” keçirilib

Sentyabrın 12-13-də Pakistanda Şərq Əməkdaşlıq Təşkilatının (ŞƏT) “Biznes və investisiya konfransı” keçirilib.
Pakistan Ticarət və Sənaye Palataları Federasiyasının (FPCCI) təşkilatçılığı ilə keçirilən konfransda ölkəmizi Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) təmsil edib. ASK-nın vitse-prezidenti Vüqar Zeynalov tədbridə iştirak edib.

Bu mötəbər toplantı ŞƏT-ə üzv dövlətlərin ticarət, iqtisadi və xarici fəaliyyətə cavabdeh olan nazirlərinin toplantısı çərçivəsində paralel tədbir kimi baş tutub. Tədbirin məqsədi ŞƏT-ə üzv dövlətlər arasında iqtisadi əlaqələri daha da gücləndirmək və yeni əməkdaşlıq imkanlarını araşdırmaq olub.

Tədbirdə ŞƏT-ə üzv ölkələrin nümayəndələri çıxış ediblər. Azərbaycan Sahibkarlar Konfederasiyasının nümayəndəsi Babək Hüseynli Təşkilata daxil olan dövlətlərlə ölkəmiz arasındakı iqtisadi, ticarət əlaqələri, investisiya imkanları haqqında geniş məlumat verib. B.Hüseynlinin Azərbaycanda investisiya imkanları, biznes mühiti ilə bağlı təqdimatı böyük maraqla qarşılanıb.

Əlaqədar məqalələr
City Life

“CineMastercard”da türk komediyası “Yan Yana”

“CineMastercard”da türk komediyası “Yan Yana” Bakı, 2 dekabr: “CineMastercard”…
►►►
City Life

Azercell-dən qış kampaniyası!

Azercell-dən qış kampaniyası! “Xiaomi Redmi 15C” modelini əldə edən müştərilərə…
►►►
City Life

Aktauda yadda qalan gecə

Gülüstan Əliyeva TÜRKSOY mükafatına layiq görüldü Aktauda “Türk Dünyasının…
►►►