Bakıda 80-ə yaxın Çin şirkətinin iştirakı ilə sərgi keçiriləcək

17-19 sentyabr tarixlərində “Bakı Expo” Mərkəzində 80-ə yaxın Çin şirkətinin iştirak edəcəyi 3-cü “Dünya Ticarət Sərgisi. Azərbaycan, Çin Məhsulları” sərgisi keçiriləcək.

Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) məlumatına görə, məqsəd Çin və Azərbaycan şirkətləri arasında əməkdaşlığı genişləndirmək, Çin şirkətləri və məhsullarını ölkəmizdə tanıtmaqdır.

Sərginin rəsmi açılış mərasimində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO), ASK və Çin səfirliyinin nümayəndələri iştirak edəcəklər.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

Yelo POS-terminal ilə ödənişləri limitsiz qəbul edin

Yelo POS-terminal ilə ödənişləri limitsiz qəbul edin Son dövrdə nağdsız…
►►►
İqtisadiyyat / Biznes

Biznesiniz irəli getsin, komissiya 0% qalsın!

Biznesiniz irəli getsin, komissiya 0% qalsın! Bank VTB fərdi sahibkarlar üçün 50 000…
►►►
İqtisadiyyat / Biznes

Maliyyə ehtiyaclarınız üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit

Maliyyə ehtiyaclarınız üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit Müştərilərinin…
►►►