Aqrar Sığorta Fondu tələbə və məzunlar üçün Könüllülük Proqramına başlayır

Azərbaycanda dövlət dəstəyi ilə aqrar sığorta xidmətləri təqdim edən Aqrar Sığorta Fondu tələbələr və məzunlar üçün Könüllülük Proqramına start verib.

Oktyabr-dekabr aylarını əhatə edən və 3 ay davam edəcək Könüllülük Proqramı iki hissədən – təlim və praktikadan ibarət olacaq.

Könüllülük Proqramına Aqrar Sığorta Mexanizmində iştiraka maraqlı, korporativ mühitdə kommunikasiya qabiliyyətini inkişaf etdirmək istəyən gənclər müraciət edə bilərlər. Qeyd edək ki, yalnız Bakı şəhəri üzrə deyil, Şəmkir, Goranboy, Quba, Şəki, Cəlilabad, Göyçay rayonlarında yaşayan şəxslərin müraciətləri də qiymətləndiriləcək. Könüllülük Proqramına qoşulan şəxslərə proqramda iştirakı barədə Aqrar Sığorta Fondu tərəfindən sertifikat veriləcək.

Aqrar Sığorta Fondunun indiyədək elan etdiyi Könüllülük Proqramlarında ölkənin ayrı-ayrı bölgələrindən olan və müxtəlif ixtisaslara sahib yüzlərlə tələbə və məzun iştirak edib. Onlar zəruri təcrübə və biliklərə yiyələnib, onların proqramlarda iştirakı müvafiq sertifikatlarla təsdiqlənib. Müraciət etmək istəyənlər qeyd olunan link vasitəsilə qeydiyyatdan keçə bilərlər:

https://lnkd.in/eN3UY_NS

Xatırladaq ki, Aqrar Sığorta Fondu ölkəmizdə əkin sahələri, heyvandarlıq və balıqçılıq təsərrüfatlarını çoxsaylı risklərdən sığortalayır, onlara dəymiş zərərləri qarşılayır, bununla da fermerlərə böyük dəstək olur.

Əlaqədar məqalələr
Qida sənayesi / Kənd təsərrüfatı

Yanvar-oktyabr aylarında 124,4 milyon dollarlıq meşə fındığı ixrac edilib

Yanvar-oktyabr aylarında 124,4 milyon dollarlıq meşə fındığı ixrac edilib Bu ilin…
►►►
Qida sənayesi / Kənd təsərrüfatı

Dekabrın 1-dək 177 635 fermer payızlıq....

Dekabrın 1-dək 177 635 fermer payızlıq əkinlərini EKTİS-də bəyan edib Payızlıq…
►►►
Qida sənayesi / Kənd təsərrüfatı

Saatlıda Aqrar Biznes və “Pambıq” festivalları keçirilib

Saatlıda Aqrar Biznes və “Pambıq” festivalları keçirilib Kənd Təsərrüfatı…
►►►