Azərbaycanın turizm imkanları Çində silsilə tədbirlərlə tanıdılıb

Çin turizm sənayesinin Azərbaycan haqqında məlumatlılığını genişləndirmək və ölkənin Çin bazarında iştirakını gücləndirmək məqsədilə Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə 18-24 sentyabırda Çin Xalq Respublikasının Şençjen, Şanxay, Çenqdu və Pekin şəhərlərində silsilə təqdimat tədbirləri keçirilib.

Tədbirlər çərçivəsində 300-dən çox iştirakçının qatıldığı B2B (biznesdən-biznesə) formatlı seminarlar təşkil edilib. Silsilə tədbirlərdə ölkəmizi Azərbaycan Turizm Bürosu ilə birgə “Azərbaycan Hava Yolları” QSC və “Şahdağ” Turizm Mərkəzi daxil olmaqla, ümumilikdə 13 yerli tərəfdaş təmsil edib.

Görüşlər zamanı Azərbaycanın turizm potensialı təqdim edilib, o cümlədən qış mövsümündə dağ kurortları, sağlamlıq turizmi, təbiət turizmi, lüks turizm seqmenti, ölkəmizin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş maddi mədəni irs nümunələri, o cümlədən işgüzar turizm imkanları, Bakı və Azərbaycanın digər regionları haqqında məlumat yerli turizm şirkətlərinə çatdırılıb.

Qeyd edək ki, 2024-cü ilin yanvar-avqust aylarında Çin Xalq Respublikasından Azərbaycana 26 866 nəfər səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 104%-dən çox artımdır.

Əlaqədar məqalələr
Turizm

Azərbaycanın turizm imkanları Rusiyada silsilə tədbirlərlə təqdim olunub

Azərbaycanın turizm imkanları Rusiyada silsilə tədbirlərlə təqdim olunub Azərbaycan…
►►►
Turizm

Azərbaycan biznes turizmi potensialını ilk dəfə Honq Konqda təqdim edir

Azərbaycan biznes turizmi potensialını ilk dəfə Honq Konqda təqdim edir Azərbaycan Turizm…
►►►
Turizm

Azərbaycanın turizm potensialı Almaniyada nümayiş olunur

Azərbaycanın turizm potensialı Almaniyada nümayiş olunur Azərbaycanın turizm potensialı…
►►►