“Legion Financial” ASC-nin səhmlərinin abunə yazılışı üsulu ilə yerləşdirilməsi yekunlaşmışdır
5 sentyabr 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Legion Financial” ASC-nin səhmləri Bakı Fond Birjasında standart bazar seqmentində listinqə daxil edilmişdir.

Qeyd olunan səhmlərin Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə olan yerləşdirilməsi 23-25 sentyabr 2024-cü il tarixi aralığında yekunlaşmışdır.
Səhmlərin emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.
Səhmlər üzrə məlumat aşağıdakı kimidir:
| Emitentin adı | “Legion Financial” ASC |
| Dövlət qeydiyyat nömrəsi – İSİN | AZ1001025464 |
| Səhmlərin növü və forması | Səhm adi, sənədsiz, adlı |
| Ticarət üsulu/forması | Kütləvi/Abunə yazılışı |
| Səhmlərin sayı | 10,000 (ədəd) |
| İlkin ticarət qiyməti | 100 manat |
| Buraxılış həcmi | 1,000,000 manat |
| Hərrac qiyməti | 100 manat |
| Reallaşdırılmış həcm | 395,000 manat |
| Sifarişlərin ümumi həcmi (nominal qiymətlə) | 395,000 manat |
| İnvestor sayı | 2 |
| Sifariş sayı | 2 |
| Anderrayter | “Assist Finance İ.Ş” ASC |








