Yelo Bank-ın dəstəyi, AmCham Azərbaycanın təşkilatçılığı ilə “Green Finance Conference” keçirilib

Sentyabrın 24-ü Yelo Bank-ın maliyyə tərəfdaşlığı və AmCham Azərbaycanın təşkilatçılığı ilə keçirilən “Green Finance Conference” tədbiri uğurla yekunlaşıb. COP29 ərəfəsində və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində maliyyə sektorunun gündəmində olan mövzuların müzakirə edildiyi konfransa yerli və beynəlxalq ekspertlər qatılıb.

Konfransın əsas məqsədi yerli perspektivləri qlobal təcrübə ilə əlaqələndirmək, davamlı maliyyə, yaşıl investisiyalar üzrə fikir mübadiləsi aparmaq olub. Konfransın açılış nitqində AmCham Azərbaycan-ın prezidenti Dəyanət Sədullayev, Mərkəzi Bankın baş direktoru Şahin Mahmudzadə, AmCham-ın Bank, Maliyyə, Sığorta komitəsinin rəhbəri və Yelo Bank-ın İdarə Heyətinin sədr müavini Günay Cəlilova çıxış edib. Onlar öz çıxışlarında davamlı maliyyə prinsiplərinin Azərbaycanın iqtisadi və maliyyə sahəsinə inteqrasiyasının vacibliyini xatırladaraq, konfransın bu missiyada rolunu vurğulayıblar. Konfrans “Davamlı bazar imkanları”, “Davamlı maliyyə məhsulları”, “Yaşıl maliyyə investisiyaları və infrastruktur” mövzularını əhatə edən 3 paneldən ibarət olub.

Dünya Bankının Azərbaycan üzrə meneceri Stefani Stallmeister-in moderatorluğu ilə keçirilən birinci paneldə Masdar Azerbaijan-ın direktoru Murad Sadıqov, Azerbaijan Green Energy Company-nin maliyyə direktoru və İdarə Heyətinin üzvü Xəyalə Nağıyeva, Rabobank Braziliyanın Davamlılıq şöbəsinin rəhbəri Taciano Custodio, Garanti BBVA-nın Davamlı maliyyə departamentinin rəhbəri İrem Barzilay iştirak edib. S.Stallmeister öz çıxışında Azərbaycanın İqlim və İnkişaf Hesabatını təqdim edərək, ölkənin iqlim məqsədlərinə çatmaqda irəliləyişini vurğulayıb.

İkinci panel Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Dayanıqlı Maliyyə mütəxəssisi Leyla Hüseynlinin moderatorluğu altında IFC-nin Əməliyyatlar üzrə mütəxəssisi Kirilo Muxomedzyanov, Visa-nın Azərbaycanda baş direktoru və regional meneceri Nurlan Hacıyev, Bank of Georgia-nın ESG & Davamlılıq şöbəsinin rəhbəri Ana Osadze və Unibank İdarə Heyətinin Sədri Fərid Abuşovun iştirakı ilə keçirildi. Onlar yaşıl portfelin inkişafı, yaşıl və mavi istiqrazlar, eləcə də yaşıl hesablama üsulları haqqında öz təcrübələrini bölüşdülər.

Unicapital-ın baş direktoru Vüqar Namazovun moderatorluq etdiyi üçüncü panelin əsas mövzusu isə yaşıl maliyyə investisiyaları və infrastrukturuna həsr olunub. Burada texnologiyadan səmərəli istifadədən başlayaraq, yaşıl yuyulmanın qarşısının alınmasınadək bir çox gündəmdə olan mühüm məsələlər müzakirə edilib. Paneldə Astana Yaşıl Maliyyə Mərkəzinin (AIFC) sədri Manas Gizhduaniyev, Unibank-ın Dayanıqlı İnkişaf üzrə meneceri Səmra Talışinskaya-Abbasova, IFC-in ESG üzrə məsləhətçi qrup rəhbəri Boris Janjalia və Bakı Fond Birjasının İdarə Heyətinin sədri Ruslan Xəlilov iştirak ediblər.

Yelo Bank bu kimi tədbirlərdə fəal iştirakı ilə ölkənin aşağı karbonlu, dayanıqlı iqtisadiyyata keçidini dəstəkləyir. Bu fəaliyyət çərçivəsində hazırda Bank-da davam edən “Yaşıl Əmanət” aksiyası üzrə oktyabrın 31-dək Yelo-da əmanət hesabı açan müştərilərin adına ağac əkilir. Gəlir qazanmaq, eyni zamanda doğma Bakımızın daha da yaşıllaşması üçün siz də Yelo Bank-da əmanət yerləşdirə bilərsiniz: https://bit.ly/3AZlic7

Bank xidmətləri (https://www.yelo.az/az/individuals/loans/) haqqında əlavə suallarınız var?O zaman 981 nömrəsinə zəng edin və ya FacebookInstagram Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.

Yelo Bank – Parlaq bankçılıq!